Azyaşlı qohumuna təcavüz edən 59 yaşlı kişiyə ağır cəza verildi


Neftçala rayonunda qohumu olan azyaşlı qıza təcavüz etməkdə təqsirləndirilən Şahin Rüstəmovun cinayət işi üzrə məhkəmə istintaqı başa çatıb.
Yeniavaz.com
APA-ya istinadla xəbər verir ki, Lənkəran Ağır Cinayətlər Məhkəməsində hakim Əli Əliyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Hökmə əsasən Ş.Rüstəmov cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 14 il 6 ay azadlıqdan məhrum edilib.
Qeyd edək ki, rəsmi məlumata görə, 2018-ci ilin mart ayında rayonun Mirqurbanlı kənd sakini, 59 yaşlı şəxs qohumu olan azyaşlı qıza cinsi təcavüz edib.
Qeyd olunan hərəkətlərdə on altı yaşına çatmayan şəxslə cinsi əlaqədə olma və ya seksual xarakterli digər hərəkətlərin tərkib əlamətləri olduğundan fakta görə, Azərbaycan Respublikası CM-nin 152.1-ci maddəsi cinayət işi başlayıb, zəruri istintaq hərəkətləri davam etdirilir.
Cinayət əməlində təqsirləndirilən şəxsin barəsində rayon məhkəməsinin qərarı ilə 3 aylıq həbs qətimkan tədbiri seçilib.

DİGƏR XƏBƏRLƏR

Top