ABŞ-da müsəlman qəbiristanlığını yandırmağa çalışıblar


ABŞ-ın Minnesota ştatında müsəlman qəbiristanlığının yandırılmasına cəhd edildiyi bildirilir.
Yeniavaz.com
xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Minnesota Amerika-İslam Əlaqələri Şurası məlumat verib. Xəbərdə deyilir ki, hadisəni kimliyi bəlli olmayan şəxs və ya şəxslər törətmək istəyib. Həmin şəxs və ya şəxslər tərəfindən məzarlıqda olan tikilinin içərisinə 30-a yaxın təkər yığılaraq qaz xətti kəsilib. Qaz qoxusunun hiss olunmasından sonra hadisənin qarşısı alınıb.
Amerika-İslam Əlaqələri Şurasının rəhbərliyi hüquq-mühafizə orqanlarını hadisəni araşdırmağa çağırıb.

DİGƏR XƏBƏRLƏR

Top