ÜST uşaqlara malyariya peyvəndi vurmağı təklif etdi


Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) ilk dəfə malyariyaya qarşı təsdiq edilmiş yeganə peyvənd olan "Mosquirix"ini Afrika və malyariya infeksiyasının yüksək olduğu digər bölgələrdə uşaqlara tətbiq edilməsini tövsiyə edib.
Yeniavaz.com
xarici KİV-ə istinadən xəbər verir ki, ÜST sözügedən peyvəndin yaşı 5 aydan yuxarı olan uşaqlara vurlumasının tərəfdarıdır. Peyvəndin 4 dozada tətbiq edilməsi məsləhət bilinib. Açıqlamada peyvəndin dünyada ən ölümcül və Afrikada ən çox yayılmış malyariya paraziti olan "P. Falciparum"a qarşı təsirli olduğu da ifadə edilib.
ÜST-ün baş direktoru Tedros Adanom Qebreyesus malyariya peyvəndinin uşaqlara tətbiq olunmasını tarixi an kimi qiymətləndirərək, onunla gələcəkdə bir çox gəncin həyatını qurtarmağın mümkün olduğunu vurğulayıb.
Xatırladaq ki, peyvənd İngiltərədə "GlaxoSmithKline" dərman istehsalçısı tərəfindən hazırlanıb. Qərar ÜST, Malyariya Siyasəti Məsləhətçi Qrupu ilə malyariya və immunizasiya üzrə məsləhətçi orqanları olan Peyvəndlər üzrə Strateji Məsləhətçi Qrupu tərəfindən qəbul edilib.

DİGƏR XƏBƏRLƏR

Top