Kiprdə İran-İsrail gərginliyi - Rusiya vətəndaşı olan azərbaycanlı "killer" saxlanıldı


Kipr məhkəməsi sentyabr ayının 27-də paytaxt Lefkoşada həbs edilən Azərbaycan əsilli Rusiya vətəndaşının həbs müddətini uzadıb.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “Reuters” agentliyi məlumat yayıb.
Məlumatda bildirilir ki, həbs olunan azərbaycanlı Kiprdəki İsraildən olan iş adamlarına qarşı sui-qəsd planlayıb. Kipr polisi bildrib ki, həbs olunan şəxsin kirayə götürdüyü avtomobildə səsboğucusu olan tapança tapılıb.
İsrail tərəfi həmin şəxsin İran xüsusi xidmət orqanları tərəfindən 2 həftə əvvəl Kiprə göndərildiyini açıqlayıb.
Lefkoşadakı İran səfirliyi İsrailin bu iddiasının əsassız olduğunu bildirib.
Kipr polisi isə məsələni şərh etməyib. Polisin mətbuat xidmətinin rəhbəri Kristos Andreu dövlət televiziyasına verdiyi açıqlamada istintaqın sürətlə davam etdiyini bildirib və İsrailin iddialarını şərh etməkdən imtina edib.
Çərşənbə günü keçirilən məhkəmə prosesi təhlükəsizlik səbəbiylə qapalı keçirilib. Kiprin nüfuzlu “Phileleftheros daily” qəzeti həbs edilən şəxsin 20 gün əvvəl Kiprə gəldiyini və adanın cənub-şərqindəki kurort şəhəri Ayia Napadan iki avtomobil kirayələdiyini yazıb.

DİGƏR XƏBƏRLƏR

Top