
Onlayn İctimai Nəzarət Platforması və Amerika Birləşmiş Ştatları Beynəlxalq İnkişaf Agentliyi (USAID) iyun ayında istifadəyə verilən E-Nəzarət Platformasının (www.enezaret.az) rüblük ilkin nəticələrini açıqlayıb.
Yeniavaz.com xəbər verir ki, rübün nəticələrinə əsasən, vətəndaşların müraciətlərinə baxılması baxımından fəal olduğu müəyyən edilən 13 dövlət qurumu arasında Mingəçevir Şəhər İcra Hakimiyyətinin də adı yer alıb. Bu münasibətlə Mingəçevir Şəhər İcra Hakimiyyəti xüsusi diplompa təltif edilib və diplom icra hakimiyyətinin başçısı İlham İsmayılova təqdim olunub.
Qeyd edək ki, ABŞ Beynəlxalq İnkişaf Agentliyinin (USAID) Şəffaflıq Naminə Vətəndaş Cəmiyyəti (ECSOFT) layihəsi çərçivəsində Onlayn İctimai Nəzarət Platforması pilot layihəsi həyata keçirilir. Açıq Hökumət Milli Platforması ilə əməkdaşlıq çərçivəsində baş tutan layihənin məqsədi ictimaiyyəti narahat edən müəyyən məsələlərə dair (yol, infrastruktur, abadlıq və s.) vətəndaşlardan video və foto sübutu olan məlumatı qəbul etmək və müvafiq dövlət orqanlarında onların həllinə nail olmaqdır.


Esmira Hidayətova, Mingəçevir