Əfqanıstanda məscid partladıldı – Ölən və yaralananlar var


Əfqanıstanın cənub-şərqində yerləşən Xost əyalətində məsciddə partlayış baş verib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Əfqanıstanın “Tolo News” telekanalı məlumat yayıb. Telekanalın məlumatına görə partlayış nəticəsində ən azı 1 nəfər ölüb, 14 nəfər yaralanıb. 
Onlardan üçünün vəziyyətinin ağır olduğu qeyd olunub.
Hadisənin digər təfərrüatları hələ açıqlanmayıb.

DİGƏR XƏBƏRLƏR

Top