26 il nazir müavini işləyən İlham Quliyevə yeni vəzifə verildi


Ötən il Kənd Təsərrüfatı nazirinin müavini vəzifəsindən azad edilən İlham Quliyevə yeni vəzifə verilib.


Yeniavaz.com Qaynarinfo-ya istinadən xəbər verir ki, sabiq nazir müavini "Azərsu” Açıq Səhmdar Cəmiyyətində idarə rəisinin müavini vəzifəsinə təyin olunub. 

Yeni təyinatı İlham Quliyev açıqlamasında təsdiqləyib. 

Qeyd edək ki, İlham Quliyev 1994-cü ildən 2020-ci ilin avqust ayınadək Kənd Təsərüfatı Nazirinin müavini vəzifəsində çalışıb. Prezidentin sərəncamı ilə ötən il 2-ci dərəcəli "Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.

DİGƏR XƏBƏRLƏR

Top