Qardaş ölkədə təbii fəlakət: 20 nəfər öldü, yüzlərlə yaralı var


Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi Pakistanın cənubunda 5,7 bal gücündə zəlzələ baş verdiyini açıqlayıb.
Yeniavaz.com
“TASS”a istinadla xəbər verir ki, təbii fəlakət nəticəsində 20 nəfər ölüb, 300-dən çox insan xəsarət alıb. Qeyd olunub ki, yeraltı təkanların episentri Quetta şəhərindən 102 km şimal-şərqdə yerləşir. Zəlzələnin mənbəyi 10 km dərinlikdə olub və Quetta, Sibbi, Pişin, Çaman, Bəlucistan əyalətlərində, həmçinin bir sıra digər şəhərlərdə hiss edilib.
Ölən və yaralananların sayının artacağı istisna olunmur.

DİGƏR XƏBƏRLƏR

Top