Kənd Təsərrüfatı Nazirliyi işçilərinin sayı azaldılıb


Kənd Təsərrüfatı Nazirliyi Aparatının işçilərinin say həddi azaldılıb. 
Yeniavaz.com xəbər verir ki, Prezident İlham Əliyevin imzaladığı sərəncamla “Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin fəaliyyətinin təmin edilməsi və “Bir sıra mərkəzi icra hakimiyyəti orqanlarının strukturlarının təsdiq edilməsi haqqında” sərəncama edilən dəyişiklikdə əksini tapıb.
Kənd Təsərrüfatı Nazirliyi Aparatının işçilərinin sayı 207 ştat vahidindən 202-yə endirilib. 
Bundan başqa, Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi Aparatının işçilərinin say həddi isə artırılaraq 57 ştat vahidi müəyyən edilib. Əvvəl bu say 49 ştat vahidi təşkil edirdi.

DİGƏR XƏBƏRLƏR

Top