Bu ilin əvvəlinə olan məlumata görə Azərbaycanda qeydiyyatda olan minik avtomobillərinin sayı 1 milyon 264 min 93 ədəd olub.
Yeniavaz.com-un açıqlanan rəsmi statistikaya istinadən apardığı hesablma göstərir ki, son bir ildə ölkədə minik avtomobillərinin sayı 4,2% və ya 50 min 449 ədəd artıb.
Son bir ildə ən çox artım "Chevralet" markalı avtomobillərdə qeydə alınıb. Azərbaycanda "Chevralet" markalı avtomobillərin sayı son bir ildə 37% artıb. “Toyot”a markalı avtomobillərin sayı isə 14% artıb.
Azərbaycanda insanlar ən çox VAZ markalı minik avtomobillərindən istifadə edirlər. VAZ-lardan sonra ən çox istifadə olunan avtomobil markası "Mersedes" hesab olunur. Çox istifadə olunan minik avtomobillərin sırasında növbət yerlərdə "Hyundai", "Toyota", "Opel", KİA və "Nissan" qərarlaşıb.
Ən az istifadə olunan avtomobil isə "Tatra" markalı avtomobil olub. Bu ilin əvvəlinə olan sonuncu məlumatda qeyd olunur ki, ölkədə cəmi bir 1 ədəd "Tatra" markalı avtomobil var.
Bundan başqa ölkədə 2 ədəd "Chrysler", 16 ədəd "Oldsmobil", 23 ədəd "Asiya", 23 ədəd "Talbot", 30 ədəd "Datsun", 59 ədəd "Saab", 93 ədəd “Rover”, 103 ədəd "Buick" avtomobilinin olduğu bildirilir.
Son 4 ildə Azərbaycanda qeydiyyatda olan minik avtomobillərindən bəzilərinin sayı bü cür olub:
A. Cəfərov