Yaponiyanın cənub-qərbində 5,5 bal gücündə zəlzələ baş verib.
Yeniavaz.com AA-ya istinadla xəbər verir ki, Yaponiya Meteorologiya Agentliyinin məlumatına görə, zəlzələ Kaqosima bölgəsinin cənub-qərbindəki Osumi yarımadasında qeydə alınıb. Zəlzələ Kaqosima və Miyazaki əyalətlərində hiss edilib.
Qeyd edək ki, Meteorologiya zəlzələ səbəbilə sunami xəbərdarlığı etməyib.