Avropa İttifaqı gələn ay yeni yol xəritəsini təqdim edəcək


Avropa İttifaqı 2022-ci ilin martında keçiriləcək təhlükəsizlik zirvəsində yeni yol xəritəsi qəbul edəcək.
Yeniavaz.com
TASS-a istinadla xəbər verir ki, Aİ Şurasının prezidenti Çarlz Mişel 2022-ci ilin mart ayında liderlərin zirvə görüşündə Aİ-nin müdafiə və təhlükəsizlik məsələlərində daha müstəqil hərəkət etməsi üçün yol xəritəsini təsdiq edəcəyini açıqlayıb. Mişel Aİ-nin Xarici Əlaqələr və Təhlükəsizlik Siyasəti üzrə Yüksək Nümayəndəsi Cozep Borrellin "Strateji Kompas"ı noyabr ayında açıqlayacağını bildirib.
Qeyd edək ki, Aİ liderləri, bu gün Sloveniyanın prezidentinin ev sahibliyi etdiyi Qərbi Balkanlar Zirvəsinə qatılırlar.

DİGƏR XƏBƏRLƏR

Top