KİV: "Mossad" İran generalını qaçırıb – FOTO


İsrailin kəşfiyyat orqanı “Mossad”ın iranlı generalı qaçırdığı iddia edilib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “The Times of İsrael” məlumat yayıb. İddiaya görə, iranlı general 35 il əvvəl itkin düşmüş pilot Ron Arad barədə məlumat əldə edilməsi üçün qaçırılıb. 
Qeyd edək ki, Ron Arad 1986-cı ildə Livanda keçirilən əməliyyatda iştirak edərkən təyyarəsi vurulub. O, təyyarədən kapitulyasiya edə bilsə də, “Hizbullah” tərəfindən əsir götürülüb.
İsrailin xüsusi xidmət orqanları Aradın 1990-cı illərin əvvəlində dünyasını dəyişdiyini bildirir.
Qeyd edək ki, İsrailin Baş naziri Naftali Bennett “Mossad” agentlərinin bu yaxınlarda 1986 -cı ildə əsir götürülən və sonuncu dəfə 1988 -ci ildə haqqında məlumat əldə edilən İsrail Hərbi Hava Qüvvələrinin pilotu Aradın yerini aşkar etmək üçün bir missiyaya başladığını açıqlamışdı.

DİGƏR XƏBƏRLƏR

Top