Hakimlərə məhkəmə binalarında maska taxmaq tapşırılıb


Ali Məhkəmə ölkədə koronavirus infeksiyasının yayılması təhlükəsinin qarşısının alınması məqsədi ilə məhkəmələrdə həyata keçirilməsi zəruri olan tədbirlər çərçivəsində hakimlərə və məhkəmə aparatı işçilərinə yeni tapşırıqlar verib.
Yeniavaz.com
xəbər verir ki, bu, Ali Məhkəmənin "Azərbaycanda koronavirus (COVİD-19) infeksiyasının yayılması təhlükəsinin qarşısının alınması məqsədi ilə məhkəmələrdə həyata keçirilməsi zəruri olan əlavə tədbirlər haqqında" tövsiyədə əksini tapıb.
Qeyd olunub ki, hakimlərin, məhkəmə aparatı işçilərinin və vətəndaşların məhkəmə binalarında olduqları müddət ərzində, habelə qapalı məkanlarda prosessual hərəkətlərin həyata keçirilməsi zamanı qoruyucu maskalardan istifadə etmələri, şəxsi gigiyena, tibbi-profilaktik qaydalara, eləcə də sosial məsafəyə riayət etmələri təmin olunmalıdır.
Həmçinin məhkəmələrin inzibati binalarında mütəmadi olaraq dezinfeksiya işlərinin aparılması və inzibati binaların qoruyucu-gigiyenik vasitələrlə təchiz edilməsi üçün zəruri tədbirlər görməlidirlər.

DİGƏR XƏBƏRLƏR

Top