İranın xarici işlər naziri Hüseyn Əmir Abdullah rusiyalı həmkarı Sergey Lavrovla görüşmək üçün Rusiyaya rəsmi səfər edib.
Yeniavaz.com Rusiya mətbuatına istinadla xəbər verir ki, tərəflər bölgədə baş verən hadisələri müzakirə edəcək. Hüseyn Əmir jurnalistlərə açıqlamasında bildirib ki, Lavrovla görüşü zamanı İran sərhədlərində sionist rejimin varlığı məsələsini danışacaqlar. “Cənubi Qafqaz və Əfqanıstandakı vəziyyəti nəzərə alsaq, ciddi danışıqlarımız olacaq”, - deyə İranın XİN başçısı bildirib.