Saray postunda hər gün səhər yol bağlanır - Tıxac azalmır


Bakı-Sumqayıt yolunda tıxac müşahidə olunur.

Yeniavaz.com xəbər verir ki, bu gün də Saray postunda yol polisi əməkdaşları hərəkəti müvəqqəti məhdudlaşdırıblar. Belə ki, saat 07:30 radələrində Saray postunda nəqliyyatın hərəkəti müvəqqəti dayandırılır. Təxminən 10-15 dəqiqə sonra avtomobillərin hərəkətinə icazə verilib.
Qeyd edək ki, bir neçə gün əvvəl anoloji problemlə bağlı Yeniavaz.com-a açıqlama verən Baş Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətə əlaqələr şöbəsinin rəisi polkovnik-leytenant Namidan Piriyev bildirmişdi ki, polis əməkdaşları nəqliyyat vasitələrinin çox olması səbəbilə Bakı-Sumqayıt yolunda hərəkəti tənzimləmək üçün bəzi istiqamətlərdə müəyyən aralıqlarla hərəkəti məhdudlaşdırıb:
“Məlum olduğu kimi, ölkə üzrə ümumi təhsil müəssisələrinin bütün sinifləri üzrə, həmçinin ali təhsil müəssisələrində ənənəvi tədris bərpa olunub. Buna görə də nəqliyyat vasitələrinin sayında artım müşahidə olunub. Nəticədə Polis əməkdaşları Bakı-Sumqayıt yolunda hərəkəti tənzimləmək üçün bəzi istiqamətlərdə müəyyən aralıqlarla hərəkəti məhdudlaşdırıb. Hal-hazırda bütün yollarda hərəkət bərpa edilib”.

DİGƏR XƏBƏRLƏR

Top