Saakaşvilinin qurduğu partiya Gürcüstanda genişmiqyaslı etiraz aksiyalarına hazırlaşır


Gürcüstanın ən böyük müxalifət partiyası, keçmiş prezident Mixail Saakaşvili tərəfindən qurulan Vahid Milli Hərəkat partiyası Tbilisidə genişmiqyaslı etiraz aksiyaları elan edib.
Yeniavaz.com
“Sputnik Georgia”ya istinadla xəbər verir ki, aksiya iştirakçılarının əsas tələbləri Saakaşvilinin azad edilməsi və növbədənkənar parlament seçkilərinin təyin edilməsi olacaq.
Xatırladaq ki, qeyri-qanuni yollarla Gürcüstana keçdiyi deyilən Mixail Saakaşvili ölkə polisi tərəfindən həbs edilmişdi.

 

DİGƏR XƏBƏRLƏR

Top