"Taliban" rəsmi sənədləri ölkənin əvvəlki adı ilə verir


"Taliban" hərəkatı Əfqanıstan vətəndaşlarına verdiyi pasport və şəxsiyyət vəsiqələrini ölkənin əvvəlki adı - Əfqanıstan İslam Respublikası adı ilə təqdim edir.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Əfqanıstanın "Tolo News" telekanlı məlumat verib.
Əfqanıstanın Daxili İşlər Nazirliyi yanında Pasportların Verilməsi Baş İdarəsinin rəisi Alam Gül Haqqani bildirib ki, artıq 1 milyona yaxın sənəd hazırdır:
"Kabildə 25 min insana şəxsiyyət vəsiqəsi veriləcək. Hazırda gün ərzində 3 mindən çox pasport verilir, sonra bu rəqəm 6 minə çatdırılacaq. 
O, sənədlərin bölgələrdə verilməsi məsələsinin də bərpa olunacağını diqqətə çatdırıb.
Qeyd edək ki, "Taliban" Əfqanıstanın adını Əfqanıstan İslam Əmirliyi deyə dəyişib.





 

DİGƏR XƏBƏRLƏR

Top