“Qarabağ İlmələrdə” sosial layihəsi Gəncədə də keçiriləcək

 
Vətən müharibəsinin ildönümü münasibəti ilə Azərbaycan Jurnalistlər Şəbəkəsi, Mədəniyyət Nazirliyi, “Azərxalça” və “Təmiz Şəhər” ASC-ləri xüsusi layihəyə başlayıb.
Yeniavaz.com
xəbər verir ki, “Qarabağ İlmələrdə” adlanan sosial layihə çərçivəsində 2021-ci il sentyabrın 28-dən noyabrın 1-dək ölkənin müxtəlif bölgələrinə səyyar formada xüsusi avtomobillə daşınacaq “Qarabağ xalçası” Gəncəyə gətirilib. Çoxlu sayda vətəndaşların qoşulması planlaşdırılan sosial layihə çərçivəsində ilmə-ilmə vətəndaşlarımız tərəfindən toxunacaq xalça Vətən müharibəsində hər bir Azərbaycan vətəndaşının zəhmətini, birlik və bərabərliyini nümayiş etdirəcək. Layihə davam etdiyi müddət ərzində silsilə videoçarxlar və "Qarabağ İlmələrdə" adlı qısametrajlı sənədli filmin hazırlanması da nəzərdə tutulur. Yekunda 8 noyabr - Zəfər Günündə Qarabağ xalçası ictimaiyyətə təqdim olunacaq.

 

DİGƏR XƏBƏRLƏR

Top