Rusiyada yoluxma artdı, Putin pandemiya ilə bağlı iclas çağırdı


Rusiya prezidenti Vladimir Putin Nazirlər Kabineti ilə iclasda vəziyyəti müzakirə edəcək. 
Yeniavaz.com TASS-a istinadən xəbər verir ki, bu barədə Kremlin sözçüsü Dmitri Peskov jurnalistlərə məlumat verib. O bildirib ki, pandemiya məsələsinin iclasın gündəliyinə salınmasının səbəbi ölkədə son vaxtlar koronavirusa yoluxma hallarının artması olub.
Qeyd edək ki, Rusiyada son 24 saatda 25 min 781 nəfər koronavirusa yoluxub, 883 nəfər isə dünyasını dəyişib. Bu yoluxma sayı pandemiya başlayandan bu günə kimi Rusiyada rekord göstərici kimi qiymətləndirilib.
Ümumilikdə Rusiyada 7 milyon 637 min 427 nəfər koronavirusa yoluxub. 211 min 696 nəfər ölüb, 6 milyon 759 min 59 nəfər isə sağalıb.

DİGƏR XƏBƏRLƏR

Top