İranın Ali dini lideri Xameneinin Azərbaycandakı nümayəndəsi Ocaq Necatın Bakıdakı ofisi bağlanıb.
Yeniavaz.com xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb. Bildirilib ki, son günlər COVID-19 virusuna yoluxanların sayı artıb və bu səbəblə bu gün polis əməkdaşları və digər mütəxəssislərin iştirakı ilə şəhərin bir neçə yerində baxış keçirilib:
“Həmin yerlərdən də birinin Hüseyniyyə məscidi olduğu məlum olub. Buna görə də həmin yerlər, o cümlədən də məscidin fəaliyyəti dayandırılıb. Hazırda orada epidemioloji xidmət tərəfindən müvafiq tədbirlər görülür”.