Müsəlman iş adamını “terrorçu” adlandıran siyasətçi həbs olundu


Kanadalı siyasətçi Kevin Conson müsəlman iş adamı Məhəmməd Fakihi “terrorçu” adlandırdığına görə 18 ay azadlıqdan məhrum edilib.
Yeniavaz.com
AA-ya istinadla xəbər verir ki, Kanadada, “halal” restoranlar şəbəkəsinin sahibi Məhəmməd Fakihi sosial media hesablarında hədəf alan siyasətçi Kevin Conson 18 ay həbs cəzasına məhkum edilib. Hakim Consonu Fakih haqqında "terrorçu" və "körpə qatili" ifadələri işlətdiyinə görə,  həbs cəzasına məhkum edib.
Xatırladaq  ki, bələdiyyə başçılığına namizəd olan Conson 2017 -ci ildə də Məhəmməd Fakih əleyhinə nifrət dolu sözlərinə görə 2.5 milyon Kanada dolları cərimələnmişdi.

DİGƏR XƏBƏRLƏR

Top