İTV-nin Yayım Şurasının üzvlüyünə namizədlərin adları məlum olub - SİYAHI


Milli Məclis “İctimai Televiziya və Radio Yayımları Şirkəti Yayım Şurasının üzvlüyünə namizədlikləri irəli sürülmüş şəxslərin seçilməsi məsələsi”ni müzakirə edəcək.

İTV-nin Yayım Şurasının üzvlüyünə namizədliyi irəli sürülən şəxslər aşağıdakılardır:

Sahibkarlar Şurası tərəfindən:

Zeynalov Vüqar Eldar oğlu – Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının vitse prezidenti;

Abdullayeva İlhamə Xanlar qızı - Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri

Gənclər təşkilatları tərəfindən:

Əliyev Azər Ruslan oğlu – Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının sədri;

Axundova Ülviyyə Süleyman qızı – “Vətəndaş Cəmiyyətində Debat” İctimai Birliyinin sədri.

Qadın cəmiyyətləri tərəfindən:

Yusifova Sevil Şərif qızı – Azərbaycan Jurnalist Qadınlar Assosiasiyasının prezidenti;

Mansurova Zərəngiz Dəmirçi qızı – Dünya Azərbaycanlıları Mədəniyyət Mərkəzinin Qadınlar Şurasının sədr müavini. //Report

DİGƏR XƏBƏRLƏR

Top