Feysbukdakı problemə görə Zukerberq 6,6 milyard dollar itirib


“Facebook” qurucusu Mark Zukerberq bir sıra ölkələrdə "Facebook", "Instagram" və "WhatsApp" tətbiqlərinin işində yaranan problemə görə milyardlarla dollar itirib.

Mark Zukerberq şirkətin sahibi olduğu sosial şəbəkələrin və xidmətlərin qlobal şəkildə işləməməsi fonunda 6,6 milyard ABŞ dolları itirib və dünyanın ən varlı adamları siyahısında altıncı yerə düşüb.

“Forbes”ə görə Zukerberqin sərvəti 5,4% və ya 6,6 milyard ABŞ dolları azalaraq 116,1 milyard ABŞ dollarına düşüb.  //Report

DİGƏR XƏBƏRLƏR

Top