Bakı sakinin qəsdən öldürülməsi faktı ilə bağlı rəsmi məlumat


"Sabunçu rayon sakini Vüqar Eyyubovun qəsdən öldürülməsi faktı ilə bağlı rayon prokurorluğunda istintaq aparılır".

Bu barədə Yeniavaz.com-a Baş Prokurorluğun Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, hazırda cinayətin törədilmə şəraitinin araşdırılması istiqamətində intensiv istintaq hərəkətləri həyata keçirilir: "Tərəfimizdən əlavə məlumat veriləcək. KİV nümayəndələrindən xahiş olunur ki,dəqiqləşdirilməmiş məlumatların yayılmasına yol verilməsin".

DİGƏR XƏBƏRLƏR

Top