Balakəndəki dəhşətli qəzanın görüntüləri - ANBAAN VİDEO


Sosial şəbəkələrdə Balakəndə avtomobilin hərəkətdə olarkən aşmasını özündə əks etdirən videogörüntülər paylaşılıb.
Yeniavaz.com
oxu.az-a istinadla xəbər verir ki, DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupunun baş inspektoru, polis baş leytenantı Mahir Məsimov Balakən şəhəri Heydər Əliyev prospektində hərəkətdə olan “Opel” markalı avtomobilin sürücüsü, rayon sakini Cavid Həsənovun səhhətində yaranan problemlə əlaqədar anidən idarəetməni itirdiyini və nəticədə nəqliyyat vasitəsinin aşdığını bildirib. 
Hadisə zamanı xəsarət alan olmasa da, ətrafdakı avtomobillərə ziyan dəyib. Sürücüyə isə ilkin tibbi yardım göstərilib və barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib olunub.
Sözügedən qəzanın görüntülərini təqdim edirik:

DİGƏR XƏBƏRLƏR

Top