Gürcüstanda Saakaşviliyə azadlıq tələbi ilə mitinq keçirilir - VİDEO


Gürcüstanda yüzlərlə insan ölkənin keçmiş prezidenti Mixail Saakaşvilinin saxlanıldığı 12 nömrəli Rustavi həbsxanasının qarşısında etiraz aksiyası təşkil edib.
Yenievaz.com
"Sputnik Georgia"ya istinadən xəbər verir ki, aksiyada müxalifət liderləri də iştirak edib. Xəbərdə göstərilir ki, həbsxananın ətrafında güclü polis barikadası qurulub. Vəziyyət sakit qiymətləndirilib.
Aksiya iştirakçıları Mixail Saakaşvili kimi insanın həbsdə olmamasını tələb edərək, onun siyasi duruşu, biliyindən istifadə etməyin vacibliyindən danışıblar.
Qeyd edək ki, Gürcüstanın eks prezidenti oktyabrın 1-də Gürcüstan ərazisinə keçərək bu barədə öz feysbuk hesabında məlumat vermişdi. İlk vaxtlar məlumat təkzib olunsa da, o, sonradan saxlanılaraq hazırda olduğu cəzaçəkmə müəssisəsinə yerləşdirilib.

DİGƏR XƏBƏRLƏR

Top