Kəmaləddin Heydərovun federasiyasında idmançıların maaşı kəsildi


Azərbaycan Taekvando Federasiyası Olimpiadada uğursuzluğa görə idmançıların maaşlarını 70 faiz kəsib.

Yeniavaz.com "qafqazinfo"ya istinadla xəbər verir ki, bu barədə dünya çempionu Milad Beiqi Harçeqani deyib.
O bildirib ki, Tokio-2020 Yay Olimpiya Oyunlarından sonra maaşının 70 faizi kəsilib: “Bəli, uğursuzluğa görə maaşımın 70 faizini kəsiblər”.
Məsələ ilə bağlı detallara gəlincə, Milad əlavə açıqlama vermək istəmədiyini qeyd edib: “Bağışlayın, çox şeyi deyə bilmərəm”.
Qeyd edək ki, Azərbaycan Taekvando Federasiyasının Prezidenti, fövqəladə hallar naziri Kəmaləddin Heydərovdur.

DİGƏR XƏBƏRLƏR

Top