
İranın Azərbaycala sərhəd zonasında keçirdiyi hərbi təlimlər zamanı 3 hərbçisinin öldüyü bildirilir.
Yeniavaz.com xəbər verir ki, bu barədə İsrail Ordusu radiosu öz tvitter hesabında məlumat verib. Hadisəyə səbəb İrana aid helikopterin atdığı raket olub.
İran tərəfindən sözügedən hadisəyə İran ordusunun şimal-qərb bölgəsindəki qərargahının komandiri, briqada generalı Əli Hacilo məsələni təkzib edib. O bildirib ki, təlimlər müvəffəqiyyətlə həyata keçirilir və heç bir bədbəxt hadisə baş verməyib.