İmran Xan: "ABŞ gec-tez "Taliban"ı tanımalı olacaq"


Pakistanın baş naziri İmran Xan Vaşinqtonun gec ya tez Əfqanıstanda hakimiyyəti ələ alan "Taliban"ı tanımalı olacağını bildirib.
Yeniavaz.com
xarici KİV-ə istinadən xəbər verir ki, Pakistanın baş naziri ölkəsinin "Taliban"ı birtərəfli şəkildə tanımasının ictimaiyyətdə heç bir əks təsir göstərməyəcəyini qeyd edib. Xan həmçinin bildirib ki, "Taliban"ı ilk növbədə ABŞ, Avropa, Çin və Rusiya tanımalıdır.
Pakistanın Baş naziri Əfqanıstana yardım göstərilməsi üçün beynəlxalq ictimaiyyətə müraciət edib. O qeyd edib ki, əgər Əfqanıstana köməklik göstərilməzsə, burada acınacaqlı vəziyyət ortaya çıxacaq.

DİGƏR XƏBƏRLƏR

Top