Azərbaycan-Gürcüstan-Türkiyə hərbi təlimləri başladı


Gürcüstanın Tbilisi şəhərində Azərbaycan, Türkiyə və Gürcüstan hərbi qulluqçularının iştirakı ilə “Eternity-2021” kompüter dəstəkli komanda-qərargah təlimi başlayıb.

Müdafiə Nazirliyindən Yeniavaz.com-a verilən məlumata görə, nəzəri və praktiki hissədən ibarət olan təlimdə üç ölkənin hərbi qulluqçuları və aidiyyəti dövlət qurumlarının nümayəndələri regional iqtisadi layihələrin mühafizəsinin təşkili üzrə tapşırıqları icra edəcəklər.
Təlim oktyabrın 8-dək davam edəcək.

DİGƏR XƏBƏRLƏR

Top