Bakıda qadın qızı ilə birləşib ərini öldürdü - YENİLƏNİB


Bakıda baş vermiş qətlin təfərrüatı məlum olub.
Yeniavaz.com oxu.az-a istinadla xəbər verir ki, 39 yaşlı Vüqar Eyyubovu arvadı Mahirə Eyyubova və qızı 17 yaşlı Validə Eyyubova qətlə yetirib.
Məlum olub ki, ana qızıyla V.Eyyubovun baş və bədən nahiyələrinə küt alətlə xəsarət yetirərək öldürüb. Daha sonra, cinayəti törətməkdə şübhəli bilinən ana və qızı V.Eyubovun intihar etməsi görüntüsü yaratmaqdan ötrü, onun qol nahiyələrini kəsiblər.
Hadisədə şübhəli bilinən M.Eyyubova və V.Eyubova saxlanıb.
Faktla bağlı Sabunçu Rayon Prokurorluğunda araşdırma aparılır.
 

***11:34
Bakıda qətl hadisəsi baş verib.
Məlumata görə, hadisə oktyabrın 2-də paytaxtın Sabunçu rayonunda qeydə alınıb.
39 yaşlı Teyyubov Vüqar Aqil oğlu yaşadığı evdə öldürülüb. İlkin məlumata görə, mərhumu öz övladları döyərək öldürüb.
Hadisənin hansı səbəbdən baş verməsi hələlik bilinmir.
Faktla bağlı araşdırma aparılır. //lent.az

DİGƏR XƏBƏRLƏR

Top