Kabildə “Taliban” qüvvələri ilə İŞİD arasında qarşıdurma


Əfqanıstanın paytaxtı Kabildə “Taliban” qüvvələri ilə İŞİD terror təşkilatının üzvləri arasında qarşıdurma baş verib.
Yeniavaz.com
xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə “Taliban” sözçüsü Zabihullah Mücahid məlumat verib. Əməliyyat vaxtı İŞİD-in bunkerinin məhv edildiyini bildirən Mücahid sığınacaqdakı qruplaşma üzvlərinin də öldürüldüyünü nəzərə çatdırıb.
Xatırladaq ki, 27 avqustda İŞİD-in Kabil hava limanında həyata keçirdiyi terror aktı zamanı 13-ü ABŞ hərbçisi olmaqla, 170 nəfər həyatını itirib.


 

DİGƏR XƏBƏRLƏR

Top