"Bütün xəritələri görüşə aparmağa hazıram" - Paşinyan Prezident İlham Əliyevlə görüşə hazır olduğunu bildirib


Ermənistanın Baş naziri Nikol Paşinyan Azərbaycan Prezidenti İlham Əliyevlə görüşə hazır olduğunu bildirib.

Yeniavaz.com “Armenpress”ə istinadən xəbər verir ki, Paşinyan bu barədə Vilnüsdəki erməni icmasının nümayəndələri ilə görüşündə deyib. 

“Prezident İlham Əliyev bildirib ki, görüşə hazırdır. Mən də iyul ayında demişdim ki, həm xarici işlər naziri və baş nazir-prezident səviyyəsində görüşə hazırıq. Mən əlimizdə olan bütün xəritələri görüşə aparmağa hazıram və Azərbaycan Prezidentini bütün əsirləri özü ilə gətirməyə çağırıram. Azərbaycan Prezidenti daha əvvəl verdiyimiz xəritələrin qeyri-dəqiqliyindən danışıb. Əlimizdə olan xəritələri vermişik, yəni keyfiyyətli xəritələri saxlayıb pislərini verməmişik. Xəritələrin keyfiyyəti ilə bağlı problemin olduğunu bilirəm", - deyə Paşinyan bildirib.

Qeyd edək ki, bundan əvvəl Prezident İlham Əliyev İspaniyanın EFE agentliyinə müsahibəsində Ermənistanın baş naziri Paşinyanla görüşə hazır olduğunu vurğulayıb.

DİGƏR XƏBƏRLƏR

Top