
İtaliyanın Milan şəhərində şəxsi təyyarə iki mərtəbəli binaya çırpılıb.
Yeniavaz.com xarici KİV-ə istinadən xəbər verir ki, təyyarədə olan 8 nəfər ölüb.
Hadisə yerindəki binada yanğın başlayıb. Təyyarə Milanın Linate hava limanından havaya qalxaraq Sardiniyaya yola reys edib. Göyərtədə olan iki nəfər pilot və altı sərnişin həlak olublar.