Bakı şəhərinin Suraxanı rayonunda üç evdə yanğın olub.
Yeniavaz.com xəbər verir ki, bu barədə FHN məlumat yayıb.
Bildirilib ki, ümumi sahəsi 85 kvadrat metr olan birmərtəbəli evin yanar konstruksiyaları, bitişik, ümumi sahəsi 70 kvadrat metr olan digər birmərtəbəli evin (hər iki evin dam örtüyü ondulindən ibarət) yanar konstruksiyaları və yaxınlıqda ümumi sahəsi 100 kvadrat metr olan birmərtəbəli evin dam örtüyü 5 kvadrat metr sahədə yanıb.
Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın söndürülüb.