Azərbaycanlı dizaynerin kolleksiyası Parisdə təqdim edildi - FOTO


AFFFAIR markasının təsisçisi, dünyaca məşhur azərbaycanlı dizayner Rüfət İsmayıl Paris moda həftəsi çərçivəsində “Haute Couture Sumakh” kolleksiyasını təqdim edib.

Yeniavaz.com xəbər verir ki, dizayner kolleksiyanı Azərbaycan xalçalarının gözəlliyindən, əvəzolunmaz zərifliyindən, Qarabağ xalça məktəbinin nümunələrindən  ruhlanaraq ərsəyə gətirib. 

Heydər Əliyev Fondunun və Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə həyata keçirilən “Sumax” kolleksiyasına Çələbi, Xanlıq, Nəlbəki-gül naxışları və Azərbaycan xalçalarının zəngin motivləri əsasında hazırlanan 21 geyim daxildir.

Modelyer ruhunu, gücünü və sevgisini  bu möhtəşəm layihənin yaradılmasına sərf etdiyini bildirib.

Kolleksiya böyük maraqla qarşılanıb.

“Haute Couture Sumakh” kolleksiyasının bundan sonra Moskvada, Bakıda və Nyu-Yorkda nümayişi planlaşdırılır.

Rüfət İsmayıl kolleksiyaları Milan, İtaliya, Nyu-York, Dubay, Türkiyə və İran moda həftələri kimi möhtəşəm tədbirlərdə nümayiş etdirilən ilk və yeganə Azərbaycan və Türkiyə dizayneridir.

DİGƏR XƏBƏRLƏR

Top