Yevlaxda canavar qoyun sürüsünə hücum edib


Yevlax rayonunun Ərəş kəndində canavar qoyun sürüsünə hücum edib.
Yeniavaz.com
xəbər verir ki, kənd sakinlərinə məxsus xırdabuynuzlular otlaqda olarkən vəhşi canlılar onlara hücum edib. Canavar hücumu zamanı kənd sakini Rövşən Quliyev ziyan çəkib. Onun 3 baş heyvanını canavar parçalayıb. Kənd sakininin sözlərinə görə, son bir həftə ərzində canavar hücumlarının sayı artıb. Onlar kəndin otlağında tez-tez gözə dəyir.
Esmira Hidayətova, Yevlax
 

DİGƏR XƏBƏRLƏR

Top