
Əfqanıstanda hakimiyyətə gələn “Taliban” hərəkatı Tacikistan və Çinlə sərhəd zonalarına kamikadze hərbçilərdən ibarət ordu yerləşdirəcək.
Yeniavaz.com “Khaama Press” agentliyinə istinadla xəbər verir ki, bu barədə Bədəxşan əyalətinin qubernatorunun müavini Molla Nisar Əhməd Əhmədi mətbuata açıqlamasında deyib. Onun sözlərinə görə kamikadze ordu artıq hazırdır:
"Bu batalyon olmasaydı, ABŞ -ın məğlubiyyəti mümkün olmazdı. Bu cəsur insanlar partlayıcı jiletlər geyinər və ABŞ -ın Əfqanıstandakı bazalarını partlatardılar. Bunlar heç bir qorxusu olmayan insanlardır”.
Əhmədi həmçinin qeyd edib ki, batalyon əvvəlki Əfqanıstan hökumətinin təhlükəsizlik qüvvələrini hədəf alan intihar hücumları həyata keçirən həmin qrupdur.