Moskvadakı “Çerkizovski” bazarının keçmiş sahibi, azərbaycanlı iş adamı Telman İsmayılov Monteneqronun Podqoritsa məhkəməsi tərəfindən həbs edilib.
Yeniavaz.com xəbər verir ki, T. İsmayılov Monteneqro rəsmilərinin onun Rusiyaya təhvil verilməsi barərə qərarına qədər həbsdə qalacaq. Bu barədə TASS -a iş adamının vəkili Marina Rusakova məlumat verib.
Rusakova qeyd edib ki, İsmayılov Monteneqroya siyasi sığınacaq üçün müraciət etdikdən sonra həbs edilib. Vəkilin sözlərinə görə, məhkəmə bu məsələ ilə bağlı ayrıca qərar verəcək.
"Monteneqro məhkəməsi İsmayılova siyasi sığınacaq məsələsi ilə bağlı ayrıca bir iclas keçirəcək, bu onun ekstradisiyası və həbsindən şikayəti ilə bağlı deyil"-deyə o bildirib.
Qeyd edək ki, Monteneqro mətbuatı Telman İsmayılovun Rusiya tərəfindən verilən order əsasında Podqoritsada saxlanıldığını yazmışdı.