Gürcüstanda hakim partiyanın rəhbəri Saakaşvilini Rusiyaya xidmət etməkdə günahlandırır


Gürcüstanın hakim partiyası keçmiş prezident Mixail Saakaşvilini Rusiyanın maraqlarına xidmət etməkdə günahlandırıb.
Yeniavaz.com
"agenda.ge"yə istinadən xəbər verir ki, bu fikri Gürcüstanın hakim "Gürcü Arzusu" partiyasının rəhbəri İrakli Kobaxidze səsləndirib:
"Ölkəmizin ərazilərinin 20%-ni Rusiya Federasiyasına verdi. O, Rusiya ilə işləməyə davam etmək üçün yenidən Gürcüstana gəlib".
Qeyd edək ki, sabiq prezident Mixail Saakaşvili də feysbuk hesabında paylaşdığı məktubda həbsində Rusiyanın əli olduğunu qeyd etmişdi:
"Əziz silahdaşlarım və gürcü cəmiyyəti, hər şeyi Kiyevdə qoyub gələndə bilirdim ki, çox güman ki, Putinin əmri olan tamamilə uydurma saxta hökmlərlə həbs olunacam. Rusiyadan başqa dünyanın heç bir ölkəsi bu hökmü tanımır. Ancaq yenə də ölkəmə və hər birinizə inandığım üçün gəldim. Sizdən çox xahiş edirəm ki, heç bir səs itməsin və bundan sonra hamımız birlikdə referendumun nəticələrini müdafiə edək. Mənim azadlığım və daha da önəmlisi, Gürcüstanın azadlığı tamamilə yaxın günlərdəki fəaliyyətinizdən və mübarizəmizdən asılıdır. Beynəlxalq dəstək də bundan asılıdır. Xahiş edirəm çəkinməyin və inanın ki, qələbəmiz əlimizdədir. Mən sizi sevirəm".

 

DİGƏR XƏBƏRLƏR

Top