Avtobus qəzasında yaralananların sayı bilindi + VİDEO - YENİLƏNİB

Hacıqabulda sərnişin avtobusunun qəzaya uğraması zamanı 12 nəfər yaralanıb.
Yeniavaz.com
xəbər verir ki, bu barədə TƏBİB-dən bildirilib.
Onlardan bir neçəsinin vəziyyəti ağırdır. Xəstələr əsasən bud-baldır travmaları alıb. Onların hamısı Şirvan Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.


***17:04
Hacıqabulda sərnişin avtobusu qəzaya uğrayıb.

 

Yeniavaz.com APA-ya istinadla xəbər verir ki, hadisə Hacıqabul-Horadiz magistralının Hacıqabul rayonu ərazisindən keçən hissəsində qeydə alınıb. İri tutumlu sərnişin avtobusu asfaltbasan maşın və daşla dolu avtomobillə toqquşub.Hadisə zamanı çoxlu yaralının olduğu bildirilir.

DİGƏR XƏBƏRLƏR

Top