Eyni anda intihara cəhd edən şəxslərlə bağlı FHN-dən açıqlama + VİDEO - YENİLƏNİB


2 oktyabr 2021-ci il tarixində Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhərinin Binəqədi rayonu, Səttar Bəhlulzadə küçəsi, 23 ünvanında yerləşən yataqxana binasının damında intihara cəhdlə bağlı məlumat daxil olub.

Bu barədə Yeniavaz.com-a FHN-dən açıqlama verilib.

Məlumatla əlaqədar hadisə yerinə dərhal FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin (XRXX) xilasediciləri cəlb edilib.

Xilasedicilər tərəfindən əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub ki, bir qrup yataqxana sakini yaşadıqları binanın damına çıxaraq intihara cəhd edirlər.

Yaranmış mürəkkəb vəziyyəti operativ təhlil edərək psixoloji söhbət üçün müvafiq taktika seçən xilasedicilərin səyi nəticəsində intihara cəhd nümayiş etdirən şəxsləri fikirlərindən daşındırmaq mümkün olub və onlar XRXX-nin xilasediciləri tərəfindən təhlükəsiz qaydada binanın damından endiriliblər.


***16:17
Bakıda dörd nəfər intihara cəhd edir.

Yeniavaz.com oxu.az-a istinadla xəbər verir ki, hadisə Səttar Bəhlulzadə 70 ünvanında qeydə alınıb.

Fövqəladə Hallar Nazirliyinin əməkdaşları hadisə yerinə cəlb olunub. Onlar intihara cəhd edən şəxsləri fikirlərindən daşındırmağa çalışırlar.

Ətraflı videonu təqdim edirik:

 

DİGƏR XƏBƏRLƏR

Top