Gürcüstanda seçkilər başa çatdı - YENİLƏNİB


Gürcüstanda seçki məntəqələri yerli vaxtla 20:00 -da bağlanıb.
Yeniavaz.com
TASS-a istinadla xəbər verir ki, bu barədə Gürcüstanən Mərkəzi Seçki Komissiyasından məlumat verilib. Seçkilərdə iştirak edənlərin sayı 41,35 faiz təşkil edib. Seçki məntəqələri bağlandıqdan sonra məntəqə seçki komissiyalarının rəhbərləri yekun protokolları MSK-ya göndərəcək, bundan sonra ilkin məlumatlar orada açıqlanacaq. Yaxın vaxtlarda exit -poll məlumatları bildiriləcək.

***16:13
Bu gün Gürcüstan əhalisi 64 bələdiyyə başçısını və 2068 şəhər məclisinin üzvününü seçmək üçün seçkilərdə iştirak edir.
Yeniavaz.com
Gürcüstan mətbuatına istinadən xəbər verir ki, indiyə kimi Gürcüstanda 259 min 273 seçici (seçicilərin 7.41 faizi) bələdiyyə seçkilərində iştirak edib. Məlumat Gürcüstan Mərkəzi Seçki Komissiyası tərəfindən verilib.
Hazırda ən aktiv seçki dairəsi Raça-Leçkhumi və Kvemo Svanetidir. Burada seçicilərin 11,2 faizi səsvermədə iştirak edib.
Gürcüstanda bu seçkilərdə ümumilikdə 3 milyon 497 min 345 nəfərin səsvermə hüququna malik olduğu açıqlanıb.

 

DİGƏR XƏBƏRLƏR

Top