Saakaşvili həbsdən məktub yazdı: "Putinin əmri ilə həbs olunacağımı bilirdim" - FOTO


Rustavi şəhəri 12 saylı cəzaçəkmə müəssisəsində saxlanılan Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvili tərəfdarlarına məktubla müraciət edib. 
Yeniavaz.com
xəbər verir ki, bu barədə Saakaşvilinin feysbuk səhifəsində paylaşım edilib.
Məktubda bildirilir:
"Əziz silahdaşlarım və pərəstiş etdiyim gürcü cəmiyyəti, hər şeyi Kiyevdə qoyub gələndə bilirdim ki, çox güman ki, Putinin əmri olan tamamilə uydurma saxta hökmlərlə həbs olunacam. Rusiyadan başqa dünyanın heç bir ölkəsi bu hökmü tanımır. Ancaq yenə də ölkəmə və hər birinizə inandığım üçün gəldim. Sizdən çox xahiş edirəm ki, heç bir səs itməsin və bundan sonra hamımız birlikdə referendumun nəticələrini müdafiə edək. Mənim azadlığım və daha da önəmlisi, Gürcüstanın azadlığı tamamilə yaxın günlərdəki fəaliyyətinizdən və mübarizəmizdən asılıdır. Beynəlxalq dəstək də bundan asılıdır. Xahiş edirəm çəkinməyin və inanın ki, qələbəmiz əlimizdədir. Mən sizi sevirəm".

DİGƏR XƏBƏRLƏR

Top