Saakaşvili həbsxanada aclıq elan edib


Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvili özünü siyasi məhbus hesab edərək, həbsxanada aclıq aksiyasına başlayıb.
Yeniavaz.com
TASS-a istinadən xəbər verir ki, bu barədə Gürcüstanın ombudsmanı Nino Lomcariya məlumat verib. Xəbərdə Saakaşvilinin evdə saxlanıldığı və Ukraynanın konsulu ilə görüş tələb etdiyi bildirilib. Ombudsman həmçinin qeyd edib ki, o, Saakaşvilinin yanında olarkən keçmiş prezident tibbi müayinədən keçirilib və onlar danışıblar. Danışıq vaxtı sabiq prezident aclıq elan etdiyini və ona qarşı sürülən iddihamları qəbul etmədiyini bildirib.
Qeyd edək ki, ötən gün səhər saatlarında Mixail Saakaşvili Gürcüstana gəldiyini bildirmiş, bunun ardından Batumidən video görüntü paylaşmışdı. Daha sonra Gürcüstanın güc strukturları tərəfindən onun Gürcüstanda olmaması bildirilmiş, ən son ölkənin Daxili İşlər Nazirliyi tərəfindən araşdırma aparıldığı və Saakaşvilinin Ukraynanı tərk etmədiyi vurğulanmışdı. Mətbuat isə onun Ukraynanın Truskavets şəhərində olduğunu elan etmişdi.

DİGƏR XƏBƏRLƏR

Top