Əfqanıstanın şimalında partlayışlar baş verib


Əfqanıstanın şimalındakı Çarikar şəhərində bir sıra güclü partlayışlar baş verib.
Yeniavaz.com
TASS-a istinadla xəbər verir ki, bu barədə Əfqanıstan Beynəlxalq televiziyası məlumat yayıb. Məlumatda Əfqanıstanın şimalındakı Çarikar şəhərində bir sıra güclü partlayışlar baş verdiyi bildirilir. Hadisənin təfərrüatları barədə hələki məlumat verilməyib.
Qeyd edək ki, Əfqanıstanda hakimiyyəti ələ keçirən “Taliban”, göstərilən bölgədəki hadisələrlə bağlı açıqlama verməyib.

DİGƏR XƏBƏRLƏR

Top