Bakıda top mərmisi tapıldı - FOTOLAR


Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi ərazisində partlayış təhlükəli əşya aşkar edilib.
Yeniavaz.com xəbər verir ki, bu barədə FHN məlumat yayıb.
Bildirilib ki, hadisə yerinə FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin (XRXX) pirotexniklər qrupu cəlb edilib.
Hadisə yerinə baxış zamanı bir ədəd 76 millimetrlik top mərmisinin döyüş tətbiqinə yararsız gövdəsi aşkar olunaraq ərazidən götürülüb.
Hadisə yerinə və yaxın əraziyə təkrar baxış zamanı hər hansı başqa şübhəli və ya təhlükəli əşya aşkar edilməyib.

DİGƏR XƏBƏRLƏR

Top