Saakaşvili bu şəhərdədir – KİV


Gürcüstanın Batumi şəhərində olduğunu iddia edən ölkənin keçmiş prezidenti Mixail Saakaşvilinin əslində Ukrayna sərhədlərini tərk etmədiyi və onun hazırda Ukraynanın Truskavets şəhərində olduğu bildirilir.
Yeniavaz.com
TASS-a istinadən xəbər verir ki, bu barədə Gürcüstanın "İmedi" telekanalı məlumat yayıb. Bildirilir ki, Saakaşvili sentyabrın 25-də Amsterdamdan Ukraynaya gəlib, bundan sonra heç yerə getməyib. Son 4 gündə isə Truskavetsə olub. Telekanal bu məlumatı verən şəxsin adını açıqlamayıb.
Xəbərdə qeyd edilir ki, Gürcüstan daxili işlər nazirinin müavini Aleksandr Daraxvelidze keçirdiyi brifinqdə Ukrayna tərəfi ilə danışıqlar aparıldığını bildirib. Danışıqlar vaxtı məlum olub ki, sabiq prezident Ukraynanın dövlət sərhədini keçməyib.
Qeyd edək ki, günün əvvəlində keçmiş Gürcüstan prezidenti öz "Facebook" səhifəsində ölkədən ayrıldıqdan 8 il sonra vətəninə döndüyünu yazmışdı. Daha sonra Saakaşvili Batumidə olduğunu göstərən bir video yayımlamışdı.

DİGƏR XƏBƏRLƏR

Top