Mosul əməliyyatını izləyən 2 jurnalist yaralanıb

İraqın Mosul şəhərində əməliyyatları təqib edən 2 jurnalist, mərmi düşməsi nəticəsində yaralanıb. “Yeniavaz.az” Türkiyə mətbuatına istinadən xəbər verir ki, jurnalistlər, Mosulun qərbindəki qarşıdurmaları nümayiş etdirən və İraq hərbi birlikləri ilə əməkdaşlıq edən “Əl-Əhd” televiziya kanalının müxbirləri Meysəm əl-Amiri və Rafid Cabbardır. Müxbirlərin hazırkı vəziyyəti ilə bağlı dəqiq məlumat yoxdur. Suriya mətbuatının açıqlamasında bildirilib ki, Mosul əməliyyatını təqib edən müxbirlərin həyatı təhlükə altındadır və İraq hökuməti onların qorunması üçün lazımi tədbirləri görməkdədir.

Gülarə Kərimova

DİGƏR XƏBƏRLƏR

Top